Nazarov üçün 90 dəqiqə

11:05 12 Fevral 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “İnqolştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Ersgebirge” geridə qalan turlarda topladığı 24 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti