Premyer Liqada yeni ölkə təmsilçiləri

Sportarena.az      12 Fevral 2018, 13:51

Topaz Premyer Liqasının 15-ci turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxıblar.

 

“Zirə”nin futbolçusu Uilyams Evans “Sumqayıt”la ev oyununda debüt edib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşüb. Onadək bu ölkədən heç bir oyunçu Premyer Liqada çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədi. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk ünvanına “Zirə”nin oyunçusu yiyələnib.

 

“Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı olub. 30 yaşlı yarımmüdafiəçi “Səbail”lə ev oyununda debüt edib. Bununla da Qambiya Premyer Liqada 81-ci ölkə olub.

 

Bu rəqəm 15-ci turadək sonradan bir neçə yerə bölünən ölkələri də (yəni 2006-cı ilədək mövcud olan Serbiya və Monteneqro, bölündükdən sonrakı Serbiya, Monteneqro ayrı ölkələr kimi qəbul olunur) nəzərə almaqla 79-a bərabər idi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin