"Qarabağ" heç-heçə sayında hansı klubdan geri qalır?

14:17 12 Fevral 2018

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb. Özünün 736-cı matçında “sülh”lə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadı. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib. Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

 

Qeyd edək ki, “Qarabağ” - “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti