Özil nişanlısının qarşısına elə şərt qoydu ki... - FOTO

15:27 12 Fevral 2018

"Arsenal"ın və Almaniya millisinin futbolçusu Mesut Özil bu il ailə qurmağa hazırlaşdığı nişanlısı - aktrisa Amine Gülşenin qarşısına şərt qoyub.

Sportarena.az xəbər verir ki, Mesut Ameniyə çəkiləcəyi serial, film və reklamlarda öpüşmə səhnələrini qadağan edib. Bu barədə Türkiyə mətbuatında müsahibəsində Özil deyib:

"Almaniyada doğula bilərəm. Amma türk adət-ənənələri ilə böyümüşəm. Nişanlım Amine də bunu yaxşı bilir".

Qeyd edək ki, Amine Gülşe sonuncu dəfə 2015-ci ildə "Show TV"də yayımlanan "Asla vazgeçmem" serialında baş rol ifaçısı Tolgahan Sayışman ilə öpüşüb.


Xəbər xətti