"Barselona" 6 il sonra antirekordu təkrarladı

15:53 12 Fevral 2018

“Barselona” İspaniya La Liqasının 23-cü turunda gözlənilmədən evdə “Xetafe” ilə qolsuz bərabərə qaldı.

 

Sportarena.az xəbər verir ki, “Xetafe” bu nəticə ilə 10 illik antirekorda son qoydu. Belə ki, bu klub son 10 ildə ilk dəfə “Barselona” ilə “Nou Kamp”da keçirilmiş matçda qol buraxmamağı bacardı. “Barsa” isə 2012-ci ildə baş tutmuş “Real”la qarşılaşmadan sonra ilk dəfə birinci hissədə rəqib qapıya zərbə vura bilmədi.

 

Kataloniya təmsilçisi xal itkisinə rəğmən, La Liqada liderliyini davam etdirir. “Barselona”nın hesabında 59 xal var.


Digər xəbərlər

Xəbər xətti