"Araz"dan yeni transfer

16:16 12 Fevral 2018

Futzal üzrə Yüksək Liqanın lideri “Araz” mövsümlərarası fasilədə heyətinə bir oyunçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, ikinci dövrədən sonra Maykon da Silva, Karvalho dos Santos və Qabriel Bastosla yollarını ayıran son çempion boşluğu doldurmaq üçün bir futzalçı ilə anlaşıb. Söhbət mövsümə “Yasamal”da start verən Reza Toloueidən gedir.  

 

İran vətəndaşı olan Reza Tolouei “Yasamal”ın heyətində 3 qol vurub. O, yeni komandasında da 10 nömərli forma altında çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti