"Traktorsazi" ÇL-ə məğlubiyyətlə başladı

22:15 12 Fevral 2018

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə ilk matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu startda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə qarşılaşıb. Doğma meydanda baş tutan oyun təbrizlilərin məğlubiyyəti ilə başa çatıb – 0:1.

 

A qrupunda “Traktorsazi”yə rəqib olan digər komandaların duelində isə BƏƏ “Əl-Cəzirə”si Qətərin “Əl-Qarafa” klubuna 3:2 hesabıyla qalib gəlib.

 

Cənubi Azərbaycan klubu növbəti matçını fevralın 19-da səfərdə “Əl-Qarafa”ya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti