"Siti"dən inamlı qələbə, Turində 4 qol - YENİLƏNİB

01:58 14 Fevral 2018

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 2 qarşılaşma keçirilib. “Bazel” “Mançester Siti”ni qəbul edib. İngiltərə təmsilçisi böyük hesablı qələbəyə sevinib - 0:4. “Yuventus” isə İngiltərənin digər təmsilçisi “Tottenhem”lə qarşılaşıb. Qapılara 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.

 

Çempionlar Liqası: 1/8 final, ilk oyunlar

13 fevral

23:45 Bazel - Mançester Siti 0:4

Qollar: İlkay Gündoğan, 14; 53. Bernardo Silva, 18. Serxio Aquero, 23.

 

23:45 Yuventus - Tottenhem 2:2

Qollar: Qonsalo İquayn, 2; 9-p - Harri Keyn, 35. Kristian Eriksen, 71.


Xəbər xətti