Keyn Cerardın rekordunu təkrarladı

Sportarena.az      14 Fevral 2018, 10:17

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerardın rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, artıq hər iki futbolçunun hesabında 7 qol var. Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb. Cerard isə bu rekorda "Liverpul"un heyətində 2008/09 mövsümündə imza atıb. “Tottenhem”in forvardı İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var. O, ən azı “Yuventus”la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər.

 

Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan “Tottenhem”lə “Yuventus” arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin