“Marca”: “Qarabağ”ın qurbanlarının qarşılaşması” - FOTO

Sportarena.az      14 Fevral 2018, 11:50

Avropa Liqasının 1/16 final mərhələsində sabah “Atletiko” “Kopenhagen”in qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, bu qarşılaşma üçün məşhur “Marca” nəşri maraqlı başlıqla yazı dərc edib. İspaniyalı həmkarlarımızı matçı ““Qarabağ”ın qurbanlarının qarşılaşması” başlığı ilə təqdim edib. Yazıda Ağdam klubunun “Atletiko”nu Çempionlar Liqasının qrup mərhələsinə çıxmasına mane olduğu vurğulanıb. Hər iki klubun ÇL-də uğursuzluğa düçar olmasında “Qarabağ”ın rolu olduğu vurğulanıb.

 

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin