Sabiq "Qarabağ"lı ÇL-də şou göstərdi - VİDEO

16:24 14 Fevral 2018

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun çıxış etdiyi Avstraliyanın "Melburn Viktori" komandası Cənubi Koreya təmsilçisi "Ulsan Hende"ni qəbul edib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb. Leroy Corc qarşılaşmaya damğasını vurub. Belə ki, Surinam əsilli hollandiyalı vinger matçda iki qol vurub və 1 assist edib.

 

Qeyd edək ki, 30 yaşlı  2013-15-ci illərdə "Qarabağ"da oynayıb. Ağdam klubundan ayrıldıqdan sonra o, müxtəlif vaxtlarda Türkiyənin "Göztəpə" və "Adana Demirspor" komandalarında çıxış edib.

 


Xəbər xətti