"Sumqayıt" - "Neftçi": Statistika nə deyir?

18:10 14 Fevral 2018

Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq

 

Sportarena.az xəbər verir ki, “Sumqayıt”ın rəsmi saytı bu oyun öncəsi "Neftçi" ilə qarşılaşmalardakı statistik göstəriciləri açıqlayıb:


1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” “Neftçi” ilə qarşılaşmalardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 26-37 “Neftçi”nin xeyrinədi.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran “Sumqayıt”lı futbolçudu (3 qol).
5. "Sumqayıt" son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması fevralın 17-də “Kapital Bank Arena"da keçiriləcək və saat 18:30-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti