"Atletiko" "Kopenhagen"i darmadağın etdi - YENİLƏNİB

02:00 16 Fevral 2018

Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək 15 oyunla mərhələnin ilk qarşılaşmalarına yekun vurulacaq.  Günün ilk oyununda tarixi ərzində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Qazaxıstanın "Astana" klubu Portuqaliya "Sportinq"ini qəbul edəcək. Turnirin favoritlərindən olan "Arsenal" səfərdə cari mövsümün əsas sensasiyası olan İsveç "Ostersund"unun qonağı olacaq. Ən maraqlı oyunlardan biri də İtaliyada, Neapolda keçiriləcək. "Napoli" Almaniya Bundesliqasının vitse-çempionu "Leyptsiq"i qəbul edəcək. Danimarkada isə cari avrokubok mövsümündə "Qarabağ"ın qurbanı olmuş iki komanda - "Kopenhagen" və "Atletiko" münasibətlərinə aydınlıq gətirəcəklər.  

 

Avropa Liqası: 1/16 final, İlk oyunlar

13 fevral

21:00 Srvena Zvezda - ÇSKA 0:0

 

15 fevral

20:00 Astana - Sportinq 1:3
22:00 Marsel - Braqa 3:0
22:00 Ostersund - Arsenal 0:3
22:00 Ludoqorets - Milan 0:3
22:00 Real Sosyedad - Zalsburq 2:2
22:00 Spartak - Atletik 1:3
22:00 Nitsa - Lokomotiv 2:3
22:00 Borussiya (Dortmund) - Atalanta 3:2
00:05 Styaua - Latsio 1:0
00:05 Lion - Vilyarreal 3:1
00:05 Partizan - Viktoriya 1:1
00:05 Napoli - Leyptsiq 1:3
00:05 Seltik - Zenit 1:0
00:05 AEK - Dinamo 1:1
00:05 Kopenhagen - Atletiko 1:4


Xəbər xətti