AFFA milliyə yeni rəqib tapdı

11:09 15 Fevral 2018

Azərbaycan millisinin Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın cari ildə daha 3 yoldaşlıq görüşü keçirməsi planlaşdırılır. Millimiz martın 23-də Belarusla Bakıda, 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da Latviya ilə səfərdə yoxlama matçında qarşılaşacaq.

 

Qeyd edək ki, yığmamız bu il bir yoldaşlıq görüşü keçirib. Antalya Moldova ilə qarşılaşan komandamız 0:0 hesablı heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti