AFFA-nın sabiq prezidentinin oğlu qəzada həlak oldu

11:41 15 Fevral 2018

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən gecə avtomobil qəzasında həlak olub.

 

Sportarena.az olimpsport.az-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Anar Mirzəyev Sabirabad rayonunda “Jeep” markalı maşında kanala düşüb. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

 

Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

 

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdu.


Digər xəbərlər

Xəbər xətti