Rekordmen Ronaldo iş başında - Tarix yazmağa davam edir

12:36 15 Fevral 2018

İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransa təmsilçisi PSJ ilə oyunda komandasının qələbəsinə (3:1) iki qolla töhfə verdi.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin portuqaliyalı ulduz futbolçusu bu dublu ilə yeni rekordlara da imza atdı. Belə ki, Ronaldo ÇL-də 100 qol səddini aşan ilk futbolçu oldu. Artıq onun hesabında “Real”ın formasında vurduğu 101 qol var. Bütövlükdə isə o, ÇL-də 117 qola imza atıb. Digər 16 topu o, “Mançester Yunayted”in formasını geyindiyi dövrdə rəqib qapılarından keçirib. Onun ən yaxın izləyicisi “Barselona”nın argentinalı forvardı Lionel Messidi – 97 qol.

 

Bu mövsüm ÇL-də vurduğu qolların sayını 11-ə çatdıran Ronaldo daha bir ilkə imza atdı. O, ardıcıl 7 mövsüm ən azı 10 qol vuran yeganə futbolçuya çevrildi.


Digər xəbərlər

Xəbər xətti