Poqba Mançesterdə xoşbəxt deyil

15:25 15 Fevral 2018

"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərəyə gəlişindən peşman görünür.

 

Sportarena.az xəbər verir ki, bu barədə "L`Equipe" nəşri məlumat yayıb. Bildirilir ki, Poqba "Dumanlı Albion"da xoşbəxt deyil. Mankunyanların azarkeşləri tərəfindən tənqid olunan Poqba məhz özünü rahat hiss etmədiyinə görə istənilən səviyyədə oynaya bilmədiyini düşünür.

 

Futbolçu ilə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo arasında münasibətlər yaxşı deyil. Hər iki tərəf bir neçə məsələdə mübahisə edib. Buna görə də, Poqbanın Mançesterdə çox qalmayacağı haqda söhbətlər gəzir.


Xəbər xətti