"Xəzər Lənkəran" fəaliyyətini bərpa edir? - FOTOLAR

Sportarena.az      16 Fevral 2018, 10:47

Son günlər sosial şəbəkələrdə və mətbuatda "Xəzər Lənkəran"ın yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümün gedişində də bu tipli informasiyalar yayılsa da, sonradan təkzib edilmişdi. Ancaq indi vəziyyət daha fərqlidir. Ötən ildən fərqli olaraq bu dəfə təkcə futbol ictimaiyyəti və idman mətbuatı deyil, bütün ölkə sosial şəbəkələr vasitəsilə bu xəbərin həyacanı ilə yaşayır.

 

Bildirilir ki, "Xəzər Lənkəran"ın fəxri prezidenti və "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov klubun 2018/19 mövsümündən Azərbaycan Premyer Liqasında çıxışını bərpa etməsi ilə bağlı göstəriş verib. Bu informasiya tam təsdiqlənməsə də, artıq hamı bu xəbəri müzakirə edir. Hətta "Xəzər Lənkəran"ın əzəli rəqibi olan "Neftçi"nin azarkeşləri də bu məsələyə biganə qalmayıblar. Onlar bu xəbəri sevinclə qarşılamaqla yanaşı, bu komandaların arasındakı azarkeşlərin səfər qadağasına belə razıdılar. Təki "Böyük oyun"un geri qayıtsın"  deyirlər.

 

Göründüyü kimi, bütün ölkə bu xəbəri müzakirə edir, "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa etməsini arzulayır. Yaxın vaxtlarda isə bu informasiyanın reallığa çevrilib-çevrilməyini görəcəyik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin