"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimov görüşmək üçün İstanbula getdi

13:18 16 Fevral 2018

"Xəzər Lənkəran"ın rəhbər heyəti hazırda İstanbuldadı.

 

Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, məqsəd klubun fəxri prezidenti Mübaiz Mənsimovla görüşmək, onun futbolla bağlı planlarını öyrənməkdi. İş adamı əvvəlki illərdən fərqli olaraq "Xəzər Lənkəran"la daha intensiv maraqlanmağa başlayıb. O, klubu yenidən elitaya qaytarmaq istəyir, ancaq bunun üçün bəzi məqamların üst-üstə düşməsi, dəyişikliklərin edilməsi lazımdı.

 

Rekord.az saytı məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmtinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb. O, rəhbərliyin İstanbulda olduğunu təkzib etmədi. Ancaq səfərin məqəsdindən də xəbərsiz olduğunu əlavə etdi. Hadisələrin gedişatını izləyəcəyik.

 

Bundan bir neçə gün əvvəl Mənsimov klubun sabiq vitse-prezidenti Rəvan Bəşirovu da qəbul etmişdi. Aralarındakı söhbət barədə danışan Bəşirov görüşdən sonra bu barədə bu açıqlama da vermişdi:

 

"Əziz dostlar, artıq sualların və yazılan xəbərlərin çoxluğuna görə bu postu paylaşmaq məcburiyyətində qalıram. Mübariz bəy mənim patronum olub və bu görüşün səbəbi sadəcə dostluq görüşündən başqa bir şey deyil. Təbii ki, "Xəzər Lənkəran" barədə danışdıq. Hər kəs bilir ki, bir gün "Xəzər Lənkəran" zirvələri fəth edəcək. Hər şeyin zamanı var sadəcə. Əgər Mübariz bəyin belə fikri olmasaydı, klubu yerli-dibli bağlayardı, infrastukturları da işləməzdi, akademiyası, məktəbləri işləməzdi. Problemlərin hardan qaynaqlandığını hamınız bilirsiz. İnşallah o gözəl gün yenə də gələcək".


Digər xəbərlər

Xəbər xətti