Belçika klubunun futbolçusu "Səbail"də

15:23 16 Fevral 2018

“Səbail” daha bir legioner futbolçunun xidmətindən yararlanacaq.

 

Sportarnea.az istinadən xəbər verir ki, uqandalı hücumçu Faruku Miya debütantın heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Lyej) komandasında çıxış edən Miya mövsümünsonuna qədər icarə əsasında “Səbail”də oynayacaq.

 

Futbolçu transfer pəncərəsi dövründə (07.02.2018) Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Topaz Premyer Liqasının qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq. 


Digər xəbərlər

Xəbər xətti