“Marca” "Qarabağ"ın paylaşımından yazdı - "Atletiko" bundan dərs çıxarmalıdı"

Sportarena.az      16 Fevral 2018, 18:32

“Qarabağ”ın rəsmi “”facebook” səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində “Kopenhagen” - “Atletiko” (1:4) matçı öncəsi atmacalı paylaşımı İspaniyada maraqla qarşılanıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən ölkənin məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində “Qarabağ”ın paylaşımına yer ayırıblar. “Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıran “Qarabağ” qrup çərçivəsində keçirilən hər iki oyunda “Atletiko”ya boyun əyməyib – 0:0, 1:1.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin