"Qarabağ"da ciddi itki

Sportarena.az      17 Fevral 2018, 10:16

“Qarabağ”ın yarımmüdafiəçi Miçel zədəsini sağaldıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ispaniyalı futbolçu artıq növbəti oyunda meydana çıxmağa tam hazırdı. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, qarşıdakı “Səbail”lə oyunda komandasına kömək edə biləcək.

 

Əvəzində Ağdam təmsilçisinin digər legioneri Yakub Jezniçak bu oyunu buraxmalı olacaq. Ötən tur “Qəbələ” ilə oyunda sarı vərəqə limitini dolduran polşalı müdafiəçi “Səbail”lə oyunu buraxmaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, fevralın 18-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin