Qriqorçuk: "Biz hər addımı atanda dərindən ölçüb-biçirik"

18:43 17 Fevral 2018

Topaz Premyer Liqasının 16-cı turunun “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

 

“Əvəzetmələrin hesabına qalib gəldiyimizi deyə bilmərik. Oyunçu dəyişikliklərindən sonra meydanda olan heyətin daha düzgün oynadığını söyləmək mümkündü. Onlar bizə lazım olan kimi oynadılar. Bu da ikinci hissədə də bizim üsluba, yanaşmamıza uyğun idi. Bütün bunlar nəticədə təsdiqini tapdı. Biz də müqayisə üçün məlumat əldə etdik ki, necə etmək lazımdı, necə lazım deyil. Voyislav Stankoviçin yoxluğunda Ürfan Abbasovun mərkəz müdafiəçisi mövqeyində yer almasına gəlincə, biz hər addımı atanda dərindən ölçüb-biçirik. Bundan sonra qərar veririk. Belə olanda heç vaxt sonradan peşman olmursan. Çünki məsələylə bağlı çox düşünmüsən. Heç kim deyə bilməz ki, başqa cür olsaydı, necə nəticələnərdi. Düşünürəm ki, çox düzgün etmişik. Təmkin Xəlilzadə hələ komandaya tam adaptasiya olmayıb. Bunun üçün ona vaxt lazımdı. Bununla bağlı narahat deyilik. Mən ona inanıram. Düşünürəm ki, müəyyən müddətdən sonra bizim üsluba, bizim yanaşmaya uyğun oynayacaq”.


Digər xəbərlər

Xəbər xətti