Cüdoçularımızdan uğurlu start

10:14 18 Fevral 2018

Avstriyada cüdo üzrə Avropa açıq birinciliyi keçirilir.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 2 qızıl və bir gümüş medal əlavə edib. Təmsilçilərimizdən Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala sahib olublar. Telman Vəliyev (73 kq) isə gümüş medal əldə edib.

 

Qeyd edək ki, 42 ölkədən 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 18 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti