Paşayevin komandası uduzdu

10:51 18 Fevral 2018

Futbol üzrə Ukrayna çempionatında 20-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Stal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.


Xəbər xətti