Nəsirov oynanadl, “Sportinq” xal itirdi

12:57 18 Fevral 2018

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Jil Visente” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Sportinq" hazırda 30 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti