"Barselona" “Real Sosyedad”ın tarixi rekordunu təkrarlaya biləcək?

15:22 18 Fevral 2018

İspaniya La Liqasının 24-cü turunda səfərdə “Eybar”ı məğlub edən (2:0) “Barselona” klub rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi bu oyunla La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb. Komanda ölkə çempionatının 2010/11-ci il mövsümündə, Xosep Qvardiolanın rəhbərliyi altında da ardıcıl 31 oyunda məğlub olmamışdı. “Barsa” növbəti turda, “Nou Kamp”da “Jirona”ya uduzmasa, yeni klub rekorduna imza atmaqla yanaşı, La Liqa rekordunu da təkrarlayacaq.

 

Hazırkı rekord “Real Sosyedad”a məxsusdu. San-Sebastiyan təmsilçisi 1979/80 mövsümündə ardıcıl 32 oyunu məğlubiyyətsiz başa vurmuşdu


Xəbər xətti