Futbolçu pulla burnunu sildi, ölkə ayağa qalxdı - VİDEO

Sportarena.az      18 Fevral 2018, 18:07

Rusiyanın "Tosno" klubunun futbolçusu Stanislav Manayevin paylaşdığı video başına bəla olub.

Sportarena.az xəbər verir ki, 19 yaşlı rusiyalı burnunu 4 min 940 rubla (təxminən 150 AZN) sildiyi görüntüləri sosial şəbəkədə yerləşdirib və yazıb:

“Mən bu pulları ehtiyacı olanlara verə bilərəm, amma burnum çox axdığı üçün verməyəcəyəm”.

Stanislavın bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxlu tənqidi şərhlərdən sonra futbolçu videonu səhifəsindən silib. Lakin bununla da iş itməyib. Manayevin bu hərəkətinə Rusiya İdman naziri Pavel Kolobov ad münasibət bildirib:

“Bu görüntülər futbolçunun təhsil səviyyəsinin aşağı olduğunu göstərir. Əminəm ki, bu, onun üçün bir dərs olacaq”.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin