Yunis Hüseynov: "Heç-heçəlik oyun idi"

23:01 18 Fevral 2018

Topaz Premyer Liqasının 16-cı turunun “Kəpəz” – “Keşlə” oyunundan (0:1) sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov matçla bağlı jurnalistlərə bunları deyib:

 

“Hər iki komanda çempionatda sonuncu yerlərdə qərarlaşıb. Sonuncu pillədən qalxmaq üçün bu gün qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq, komanda yaxşı oyun göstərdi. Heç-heçəlik görüş idi. Qapımıza bir zərbə oldu və o da qolla nəticələndi. Bizim imkanımız onlardan daha çox idi. Rəqibi təbrik edirəm. Qarşıda oyunlar var. Həmin matçlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Dario Federiko bu gün çox istəkli idi. Azarkeşlər də onu yaxşı qarşılayıb ruhlandırdılar. Şadon Vinçester isə komandaya yeni qoşulub, tam uyğunlaşmayıb. Texnikalı futbolçudur, zamanı gələcək və qollarını vuracaq. Mən buna inanıram”.


Digər xəbərlər

Xəbər xətti