Qara Qarayev: "Artıq TPL-də böyük hesablı qələbə qazanmaq çətindi"

Sportarena.az      19 Fevral 2018, 10:13

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

- Rəqiblər həmişə bizə qarşı xüsusi hazırlaşır. Bu oyunlara yüksək motivasiya ilə çıxırlar. Bu matçda qələbə qazanmaq istəyirdik. Xal fərqini qoruyub saxlamaq niyyətindəydik. İstədiyimiz nəticəni qazandıq. Həm də bizə qarşı xüsusi aqressiya ilə oynayırlar. Bizim işimiz çox çətindi. Sanki biz daha ağır çempionatda oynayırıq. Rəqiblərimiz isə yox. Bu da normal haldı. Bizim lider olmağımız rəqiblərdə həm həvəs, həm də istək yaradır. Hər kəs futbol oynaya bilir. Artıq TPL-də böyük hesablı qələbə qazanmaq çətindi. Buna baxmayaraq, bizim üçün ən vacib olan 3 xal idi. Bunu da qazandıq.

- İki oyundu meydana sonradan daxil olursan. Bu, nə ilə bağlıdı?
- Antalya toplanışının sonlarında ayağımda ağrılar oldu. Bunu gözləmirdim. Əslində zədə deyildi. Yüklənmədən yaranan bir problemdi. Bunu geridə qoydum. Amma yenə yüngül zədələndim. Bu əsasən zədə ilə bağlı idi. Baş məşqçi də risk etmək istəmirdi. Mən isə meydana çıxmaq, oynamaq istəyirdim.

 

- Bu gün rəqibiniz sərt oyuna üstünlük verirdi. Bu, sizin üçün təhlükəli deyil?
- Bu, bizə başqa komandaların da eyni cür oynayacağından xəbər verir. Biz də buna hazırıq.

 

- Bu gün Mahir Mədətov real qol epizodarından istifadə edə bilmədi. Belə olan halda Dino Ndlovunun yoxluğu hiss olunurmu?
- Onun yeri görünür desəm, komandaya qarşı hörmətsizlik edərəm. Baş məşqçimiz onun getməyini məsəhət görüb. O daha yaxşı bilir ki, onun faydası olacaq, yoxsa yox. Dinonun komandada olmağı bizə faydalı idi. Onun yoxuğu isə bizə problem yaratmır. Komanda pis oynamır. Baş məşqçinin qərarıdı. Qurban müəllim bu haqda da yetərincə danışıb. Bizim bu barədə danışmağımız fayda verməz.

 

- Çempionlar Liqasının oyunlarında çıxış etdin. "Qarabağ”dan isə ayrılmırsan. Avropadan təklif yoxdu?
- Təklif yoxdu.

- Olsa, dəyərləndirərsən?
- Əslində təkliflər olmuşdu. Mən qərar verməmişdən öncə milli komandanı, ölkəmi fikirləşirəm. Ölkə futboluna xeyir vermək istəyirəm. Bizim futbol adına yaxşı təklif deyildi. "Qarabağ” mənim üçün yaxşıdı. Hazırki klubum avrokuboklarda çıxış edir. Burada qalmağı seçdim. Başqa təkliflər olsa, dəyərləndirmək istəyərəm. Çempionatımızda az komanda var. Ona görə də təkliflər azdı.

 

- Dediyin təklifləri tramplin kimi istifədə edə bilməzdin?
- Ola bilərdi. O təklif 3-4 il bundan öncə olsaydı. Gedib orda iki il oynasam, cavan sayılmayacam. Alınmasa nə ola bilərdi? Burada isə sabit oynaya bilirəm.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin