Faruk Miya: "Bura gəldiyimə görə xoşbəxtəm"

10:28 19 Fevral 2018

“Səbail”in yeni transferi Faruk Miya “Qarabağ”la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- İlk oyunun barədə nə deyə bilərsən?
- Öncə demək istəyirəm ki, bura gəldiyimə görə xoşbəxtəm. Birinci oyunum idi. Çox çətin qarşılaşma oldu. Rəqib haqda məlumatlıydım. "Qarabağ” yaxşı komandadı. Yaxşı mübarizə apardıq, amma 1:0 hesabı ilə məğlub olduq. Nəsə etməliyik ki, növbəti oyunlarda məğlub olmayaq. Daha yaxşı nəticə üçün səy göstərməliyik.

 

- "Səbail”in də qol epizodları oldu. "Qarabağ” ədalətli qələbə qazandı?
- Bizim səhvlərimiz də oldu. Buna baxmayaq qol epizodları da yarandı. Bəxtimiz də gətirmədi. Ümumi götürsək, pis oynamadıq.

 

- Əvvəlki klubunda çoxlu azarkeşlər önündə oynamısan. Bu gün isə rəqibin azarkeşi sizdən çox idi. Atmosferi görəndə nə düşündün? 
- "Standard”da dolu tribunalar önündə oynayırdım. Mənim üçün bu önəmli deyil. Meydana çıxıb özümə inanmalıyam. Azarkeşlərin dəstəyi o qədər də önəmli deyil.


Digər xəbərlər

Xəbər xətti