Riçard Almeyda: "Mahirə dəstək olmaq lazımdı"

10:47 19 Fevral 2018

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçu öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- Bu oyunun çətin olacağını bilirdik. Meydan amili də var idi. Əsas odu ki, 3 xalı qazandıq. Çempionatda asan oyun yoxdu. Növbəti rəqib isə "Kəpəz”di. Onlara qarşı evdə oynayacağıq. Həmişəki kimi, çalışmaq lazımdı. Növbəti oyuna da yaxşı hazırlaşacağıq və müsbət nəticəyə ümid edirik.

- Bu oyunun çətin keçməsi hava şəraiti, yoxsa ot örtüyü ilə əlaqədar idi?
- Bütün komandalar bizə qarşı fərqli oynayırlar. Həmişə mübarizə aparırlar. Düşünürəm ki, "Qəbələ” ilə matçda da yaxşı oynadıq. Bəzən yaxşı oynasaq da, qələbə qazana bilmirik.

 

- Dino Ndlovunun gedişindən sonra komandanız bir az çətinlik çəkir. Onun yoxluğu hiss olunur?
- Dino həqiqətən yaxşı futbolçudu. Onun çıxış etdiyi vaxtarda da qaçırdığı imkanlar olurdu. Hazırda Ndlovunun mövqeyində çıxış edən Mahir Mədətov da gənc futbolçudu. O, bu gün fərqləndi. Daha çox qol vura bilərdi. Böyük futbolçular da qol vəziyyətlərini qaçırır. Hətta Ronaldo da. Mahirə isə dəstək olmaq lazımdı.

 

- Oyun quruculuğu baxımından "Qəbələ” ilə matçda çətinlik çəkdiniz, yoxsa "Səbail”ə qarşı?
- Əziyyət çəkmədik. Hər oyunda istədiklərimizi meydanda göstərməyə çalışırıq. İstədiyimizi də alırıq.

 

- Birinci hissədə üstünlüyü tam ələ keçirə bilmədiniz. Bu, nə ilə bağlı idi?
- İlk yarıda rəqib bizi bloklamağa çalışırdı. Bizim isə imkanlarımız oldu. Bəxtimiz gətirmədi. İkinci hissədə istədiyimizi həyata keçirə bildik.

- Ramil Şeydayev böyük ümidlərlə gətirilsə də, ehtiyat oyunçular skamyasındadı. Almaniya millisinə qol vurmuş futbolçudu. Şeydayev oynamağa bu qədərmi layiq deyil?
- Ramil komandaya qoşulandan çalışır. İşləməyi sevən futbolçudu. Oynamasına gəlincə, bu, baş məşqçinin qərarıdı.


Xəbər xətti