Araz Abdullayev oynadı, komandası şou göstərdi - VİDEO

12:58 19 Fevral 2018

Futbol üzrə Kipr çempionatında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ermis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0. Araz da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 56-cı dəqiqəsində meydana buraxılıb və komandasının üçüncü qolunun vurulmasında yaxından iştirak edib.

 

Geridə qalan turlarda 53 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.

 


Xəbər xətti