U-17 Liqası: Balacaların "Böyük oyun"u

12:22 18 Fevral 2018

Sabah «Bakcell U-17 Liqası»nda 21-ci turun oyunları keçiriləcək. Bir vaxtlar Premyer Liqanın bəzəyinə çevrilmiş, «Neftçi» ilə «Xəzər Lənkəran» arasında keçirilən  və «Böyük oyun» adını almış qarşılaşma bu dəfə 17 yaşlıların ifasında olacaq. Bu dəfəki «Böyük oyun»un «böyüyü» şübhəsiz, «Neftçi»dir. Böyük ehtimalla 3-cü pillədə qərarlaşan bakılılar turnir cədvəlinin zirzəmisindəki «Xəzər Lənkəran»ı məğlub edəcəklər. Qaranlıq qalan məqam - hansı hesabla?

 

«Neftçi» - «Xəzər Lənkəran» oyunu da daxil olmaqla oyunların başlama vaxtı və yeri aşağıdakı kimidir:

 

19 fevral (bazar ertəsi)

12:00 «Qarabağ» - «Neftçi» İK İB

(Binə qəsəbə stadionu)

12:00 «Zirə» - «Keşlə»(Aviasiya Akademiyasının stadionu)

14:00 «Qəbələ» - «Kəpəz»

(Qəbələ şəhər stadionu)

14:00 «Sumqayıt» - «Mil Muğan»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Ağsu» - «Səbail»

(Ağsu şəhər stadionu)

15:00 «Neftçi» - «Xəzər Lənkəran»

(Binə qəsəbə stadionu)

 

Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-17 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.

 

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Pərviz Məmmədov («Zirə»), Nicat Məmmədov («Kəpəz»), Kənan Əsədli, Əkbər Vəliyev (hər ikisi «Keşlə»), Xəyal Bədirov («Səbail»), İlkin Əbiyev, Nihad Qurbanlı, Vüqar Quliyev, Abbas Abbasov, Nicat Musayev (hamısı «Neftçi»).

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti