Yenə “Qarabağ”, yenə Mədətov

Sportarena.az      19 Fevral 2018, 14:18

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub.

 

Sportarena.az xəbər verir ki, Bu, 16-cı turun “Səbail” - “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu Mahir Mədətov vurub. Bu 150 qoldan 75-ni meydan sahibləri, 75-ni qonaqların hesabındadı.

 

Maraqlıdı ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadı. Mahir isə 3-cü dəfə əlamətdar topa imza atıb. O, ilk və 50-ci qolların da müəllifidi. Mədətov 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin