Yuri Maksimov "siftə"ni Gəncədə etdi

14:56 19 Fevral 2018

“Keşlə” Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. 

 

Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadı. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20-yə bərabərdi.

 

“Keşlə” Bayramovun qolu 1:0 hesabı ilə qalib gəlib. 11 oyunluq qələbə həsrətinə son qoyan komanda indiki adı altında və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib.

 

Paytaxt klubu son qələbəsini 162 gün öncə - 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı - 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.


Xəbər xətti