Premyer Liqada daha bir ölkənin təmsilçisi debüt etdi

15:15 19 Fevral 2018

Azərbaycan Premyer Liqasının 16-cı turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.

 

Sportarenaa.az xəbər verir ki, “Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb. “Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi.

 

Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədi. Ötən tur bu siyahıya daha iki ölkə - Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu. Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidi.


Digər xəbərlər

Xəbər xətti