Rafael Ağayev Dubaydan qızıl medalla qayıdır - VİDEO

16:27 19 Fevral 2018

Karate üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, milli komanda üzvlərindən Rafael Ağayev (-75) qızıl medal, Ayxan Mamayev (-84 kq) və Nuranə Əliyeva (-50kq) isə bürünc medal qazanıblar.

 

Ağayev finalda macar idmançısı Habor Harspataki 5:2 hesabıyla məğlub edərək birinci pilləni tutub.

 


Digər xəbərlər

Xəbər xətti