Konte: "Yalnız Messini dayandırmağa çalışsaq, bu təhlükəli ola bilər"

16:47 19 Fevral 2018

“Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Barselona” ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Konte mübarizənin çətin olacağını bildirib:

 

“Artıq bir aydan çoxdur ki, bu qarşılaşmaya köklənmişik və rəqibimizi analiz etmişik. Biz dünyanın ən yaxşı komandasından söhbət edirik. Mükəmməl bir matç sərgiləmək və ən yaxşı qərarları vermək lazımdır. “Barselona” topla fantastik oyun göstərir. Top saxlamağı sevən komandadır. Çalışacağıq ki, topu özümüzdə saxlamaqdan istifadə edək.

 

O, Kataloniya klubunun forvardı Lionel Messi barədə də danışıb:

 

"Messi “Çelsi”yə qarşı çıxdığı 8 oyunda qol vurmayıb. Ümid edirəm ki, bu matçda da ənənəsini davam etdirəcək. Fantastik oyunçu haqqında danışırıq. Onu yaxşı tanıyırıq. Yalnız Messini dayandırmağa çalışsaq, bu təhlükəli ola bilər".

 

Qeyd edək ki, sözügedən matç fevralın 20-də keçiriləcək.


Xəbər xətti