"Qarabağ"dan çətin qələbə

17:35 19 Fevral 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Sumqayıt” doğma meydanda “Neftçi”yə minimal hesabla qalib gəlib. “Qəbələ” isə “Zirə”ni 4 cavabsız qolla yenib.

 

Turun qalan iki oyunu bu gün keçirilib. “Kəpəz” - “Keşlə” matçında qol olmayıb. “Qarabağ” isə “Səbail”lə 5 qolun vurulduğu görüşdən qalib ayrılıb.

 

Əvəzedicilərin çempionatı, 16-cı tur
18 fevral

Sumqayıt - Neftçi 1:0
Qol: Elvin Nəsibov, 8.

 

Qəbələ - Zirə 4:0
Qol: Yusif Nəbiyev, 8. Hacıağa Hacılı, 20. Kamran Quliyev, 30. Əli Səmədov, 78.

 

19 fevral

Kəpəz - Keşlə 0:0

 

Səbail - Qarabağ 2:3
Qol: Aqşin Qurbanlı, 6-pen. Asif Mirili, 37 - Ağabala Ramazanov, 11; 41. Famil Camalov, 48.


Xəbər xətti