Rus idmançı dopinqdə "ilişdi" - Qış Olimpiya Oyunlarında

17:53 19 Fevral 2018

2018-ci il Qış Olimpiya Oyunlarında müstəqil şəkildə təmsil olunan rusiyalı körlinq cütlüyündə dopinq aşkar edilib.

 

Sportarena.az xəbər verir ki, bürünc medal qazanan Aleksandr Kruşelnitskidə dopinq aşkarlanıb. Seuldakı Anti-Dopinq Laboratoriyasında aparılan testlərdə idmançının A və B nümunəsində dopinqdən istifadə etməsi ilə bağlı müsbət nəticə əldə olunub.

 

Qeyd edək ki, Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə iştirak edir. Onlar dopinq qalmaqalı səbəbilə Qış Olimpiya Oyunlarından kənarlaşdırılan Rusiyaya körlinq kateqoriyası üzrə ilk medalı qazandırmışdılar. Lakin bu medal yeni qalmaqal səbəbilə geri qaytarıla bilər.


Digər xəbərlər

Xəbər xətti