Qış transfer pəncərəsində nə qədər pul xərclənib? - Rekord məbləğ

18:40 19 Fevral 2018

FİFA qış transfer pəncərəsində reallaşan transferlərlə bağlı məlumat yayıb.

 

Sportarena.az xəbər verir ki, dünyanın ali futbol qurumunun məlumatına görə, qış fasiləsində 3317 keçid reallaşıb. Qış fasiləsində transferlərin reallaşması üçün 1 milyard 280 milyon avro xərclənib ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 71 faiz artım deməkdi.

 

İspaniya klubları dövrələrarası fasilədə ötən illə müqayisədə 560 faiz, İngiltərə təmsilçiləri isə 181 faiz çox pul xərcləyib. Ümumilikdə, qış transfer pəncərəsində xərclənən pulların 979 milyon avrosu böyük beşlik ölkəsi təmsilçiləri tərəfindən ödənilib.


Xəbər xətti