Millimizin AÇ-də keçirəcəyi oyunların təqvimi və məkanı bəlli oldu

20:24 19 Fevral 2018

19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 3-cü qrupunun oyunlarının yeri və vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı bu qrupun qarşılaşmalarına Finlandiya ev sahibliyi edəcək. Millimiz finlərlə birgə, Fransa və Belçikaya qarşı mübarizə aparacaq.

 

Qızlarımız ilk oyunu aprelin 4-də Fransaya qarşı keçirəcəklər. Bundan 3 gün sonra isə Belçika ilə oyun nəzərdə tutulub. Komandamız bu rəqibləri ilə Lahti şəhərindəki “Kisapuisto” stadionunda üz-üzə gələcək. Ayın 10-da meydan sahiblərinə qarşı keçirəcəyimiz oyun isə Vantaada baş tutacaq. Həmin matça İSS stadionu ev sahibliyi edəcək və bu görüşün başlama saatı da əvvəlki iki oyundan fərqli olacaq.

 

Avropa çempionatının elit mərhələsi, 3-cü qrup

4 aprel

13:30. Fransa - Azərbaycan
Lahti. “Kisapuisto” stadionu.

 

7 aprel

13:30. Belçika – Azərbaycan
Lahti. “Kisapuisto” stadionu

 

10 aprel

19:30. Azərbaycan – Finlandiya
Vantaa. İSS stadionu.


Digər xəbərlər

Xəbər xətti