"Traktorsazi" yenə uduzdu

Sportarena.az      20 Fevral 2018, 10:29

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Qətərin “Əl-Qarafa” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdə böyük hesabla məğlub olublar – 0:3.

 

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə də uduzmuşdu - 0:1.

 

A qrupunda yer alan “Traktorsazi” hazırda xalsızdı və sonuncu pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 5-də BƏƏ “Əl-Cəzirə”sinin qonağı olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin