PSJ qalib gəldi, "Monako" 180 milyon qazandı

Sportarena.az      20 Fevral 2018, 12:40

PSJ-nin Fransa I Liqasının 26-cı turunda “Strasburq”u 5:2 hesabı ilə məğlub etməsi “Monako”ya 180 milyon avro qazandırıb.

 

Sportarena.az xəbər verir ki, ötən tur keçirilən oyunda qazanılan qələbə ilə Paris təmsilçisinin yeni mövsümdə də yüksək liqada iştirak edəcəyi dəqiqləşib. Bu isə "Monako"ya 180 milyon avro qazandırıb. Belə ki, mövsümün əvvəlində Kilian Mbappenin keçidi ilə bağlı “Monako” ilə PSJ arasında bağlanmış müqavilədə Paris klubu ölkə çempionatının növbəti mövsümündə iştirak edəcəyi təqdirdə, Mbappeni 180 milyon avro ödəyərək transfer edəcək” - bəndi yer alıb.

 

Paris təmsilçisinin “Strasburq” üzərindəki qələbəsi ilə klubun növbəti mövsümdə də yüksək liqada mübarizə aparacağı dəqiqləşib. Bununla da, PSJ mövsümün sonu 180 milyon avro ödəyərək Mbappeni birdəfəlik alacaq.

 

Qeyd edək ki, Mbappe bu mövsüm icarə əsasın Paris təmsilçisində çıxış edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin