"Sumqayıt"da istirahət başa çatdı

Sportarena.az      20 Fevral 2018, 17:28

Topaz Premyer Liqasının 16-cı turunda “Neftçi”ni məğlubiyyətə uğradan “Sumqayıt” 2 günlük istirahətin ardından məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər. Bərpa prosesini tamamlayan Elnur Abdullayev artıq komandaya qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub.

 

Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması 25 fevral tarixində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin