Kamran Quliyev "Sumqayıt"lılarla vidalaşdı

10:30 21 Fevral 2018

Bir neçə gün öncə "Sumqayıt"ın prezidenti postundan istefa verən və "Neftçi"nin prezidenti təyin edilən Kamran Quliyev sabiq klubuyla vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, Quliyev bu gün Sumqayıt şəhər stadionunda olub. O, klubun əməkdaşları və komanda üzvləri ilə görüşərək onlarla vidalaşıb. Görüşdə Quliyevin gedişindən sonra onun tutduğu vəzifəni müvəqqəti icra edən vitse-prezident Vaqif Ömərov da iştirak edib. "Sumqayıt" rəhbərliyi və komanda üzvləri sabiq prezidentə yeni işində uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti