U-17 Liqası: Balacaların "Böyük oyun"unda "Neftçi" qalib gəldi

10:44 21 Fevral 2018

Bazar ertəsi «Bakcell U-17 Liqası»nda 21-ci turun oyunları keçirildi. Maraqlıdır ki, bütün oyunlarda böyük hesablı qələbə qeydə alındı.

 

Turun ən çox maraq doğura biləcək qarşılaşması Binə qəsəbə stadionunda keçirildi. Bir vaxtlar Premyer Liqada barışmaz rəqiblər olan «Neftçi» və «Xəzər Lənkəran»ın 17 yaşlıları üz-üzə gəldi. Kiçik «Böyük oyun»da «Neftçi» rəqibini 6 qolla məğlub etdi. Özü də bu qolların 5-i ikinci hissədə vuruldu. «Xəzər  Lənkəran»ı məyus edən futbolçular: Sadiq Ağazadə (40-cı dəq), Ramin Abdullayev (50, avtoqol), Vüsal Məmmədov (64), Turan Əhmədov (83), Orxan Fərəcov (85), Yaqub Hüseynov (88).

 

Yeri gəlmişkən, bu oyunda Müşfiq Qənbərovun  6 futbolçusu cəza səbəbindən oyunu buraxırdı. Onlardan 4-ü ötən tur «Səbail»lə oyunda qırmızı alan futbolçular idi. Komandanın daha 2 futbolçusu U-19 komandasına cəlb olunduğundan Lənkəran təmsilçisi ilə matçda meydanda yox idi.

 

Daha bir darmadağın Sumqayıtda qeydə alındı. Yerli «Sumqayıt» «Mil Muğan»ı darmadağın etdi. 8 qolun vurulduğu oyunda sumqayıtlılar sanki məşqə çıxmışdılar. Vüqar Quliyevin komandasından İbrahim Novruzov bu oyunda «poker»lə yadda qaldı. Cəlal Cəbrayılov, Kənan Əşrəfli, Fərhad Salamzadə və Səid Əliyev hərəyə 1 dəfə fərqləndilir.

 

Bu tur gözləndiyi kimi «Qarabağ» «Neftçi» İK İB-ni, «Qəbələ» «Kəpəz»i, «Səbail» isə «Ağsunu» məğlub etdi. Evdə oynayan «Qarabağ» və «Qəbələ» qonaqları 4 qolla yola saldılar. «Qarabağ»dan Musa Qurbanlı (30-cu dəq), Nihad Quliyev (33), Zamiq Əliyev(35) və Əli Nəcəfli(50), «Qəbələ»dən isə Nicat Oruclu (42), Təbriz İsazadə (57) və İbrahim Camalov (82, 84) adlarını qol vuranlar siyahısına yazdırdılar.

 

Səfərdə oynayan «Səbail» də 4 qola sevindi. Amma qıpısında 1 qol da gördü. Xəlil Bəşirovun (10, 81), Rəşid Məhərrəmlinin (26) və Elşad Tağıyevin (81) qollarına ağsulular 16-cı dəqiqədə vurduqları 1 qolla cavab verə bildilər.

 

Nəhayət, turun mərkəzi görüşü hesab edilən «Zirə» - «Keşlə» matçında meydan sahibləri medallara iddialı «Keşlə»ni 3 cavabsız qolla məğlub etdilər. Meydan sahiblərindən Seyxan Fərəcov (9), Ramin Əhmədov (38) və Rəvan Babazadə (69) fərqləndilər.

 

Qeyd edək ki, «Keşlə»nin baş məşqçisi Nadir Əliyev «Zirə» ilə oyunda 2002-ci il təvəllüdlü 2, 2003-cü il təvəllüdlü isə 3 futbolçuya oynamaq şansı vermişdi.

 

«Qarabağ» - «Neftçi» İK İB 4:0

«Zirə» - «Keşlə» 3:0

«Qəbələ» - «Kəpəz» 4:0

«Sumqayıt» - «Mil Muğan» 8:0

«Ağsu» - «Səbail» 1:4

«Neftçi» - «Xəzər Lənkəran» 6:0.

 

U-17 Liqasında 22-ci turun oyunları fevralın 26-da keçiriləcək: «Kəpəz» - «Neftçi», «Xəzər Lənkəran» - «Ağsu», «Səbail» - «Zirə», «Keşlə» - «Qarabağ», «Neftçi» İK İB – «Sumqayıt», «Mil Muğan» - «Qəbələ». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

 

Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-19 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti