Kamran Quliyev: "Bunu açıq şəkildə elan etmək istəyirəm"

13:43 21 Fevral 2018

“Neftçi”nin yeni prezidenti Kamran Quliyev bu gün təşkil etdiyi brigfinqdə jurnalistlərin suallarını cavablandırıb

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 
- Yeni və bir qədər də qalmaqallı təyinatınızla bağlı təəssüratlaınız...
- “Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi. Klubun rəhbərliyi, təsisçiləri tərəfindən dəvət gəldi. Bu, hər yerdə yazılan kimi keçən həftənin 5-ci günü baş verməyib. Bi qədər əvvəldən olmuşdu söhbət. Keçən həftə də rəsmiləşdi.
 
- “Sumqayıt” sizin rəhbərliyiniz altında uğurlu nəticələr qazanıb. “Neftçi”yə bir xilaskar kimi gəldiyinizi demək olarmı?
- Məni tanıyırlar, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi birləşib işləyəcəyik. Elnur müəllimi tanıyırsız, klubun icraçı direktorudu. “Neftçi”nin yeni idman direktoru Ceyhun Sultanovu da sizə təqdim etmək istəyirəm. Bütün futbol məsələləri, əsas, əvəzedici komanda və akademiyaya nəzarət onda olacaq. Onun “Sumqayıt”da gördüyü iş göz qabağındadı.
 
- “Sumqayıt”dan başqa da hansısa kadrların “Neftçi”yə gəlişi gözlənilirmi?
- Hazırda bu barədə söhbət getmir. Çünki “Sumqayıt” bizim üçün əziz yerdi. Buna görə də hazırda ordan üçüncü bir adamı yerindən tərpətmək düzgün olmaz. Ancaq istisna olunmur ki, gələcəkdə “Neftçi”yə xeyir verəcək insanlar, klub üçün fədakarlıq edəcək insanlar gələ bilər. Bu təkcə “Sumqayıt”a aid deyil, digər idman təşkilatlarından da layiqli kadrların gəlməsi mümkündü.
 
- Samir Abasovun təyinatı ilə bağlı söhbətlər var?
- Xeyr, hazırda real görünmür. O, “Sumqayıt”ın ən sadiq funksioneridi. Bizim baş məşqçimiz var. Bunu açıq şəkildə elan etmək istəyirəm. Tərlan Əhmədov “Neftçi”nin, millinin tarixinə düşmüş mütəxəssisdi və hazırda onunla işləyirik.

 

- Sizcə, “Neftçi”də kadr islahatlarına nə dərəcədə ehtiyac var?
- Burda cəmi bir gün burda iş başında olmuşam. Elə insanlar var ki, onları hələ tam tanımıram. Bunun üçün vaxt lazımdı. Elə insanlar var ki, nyaxından tanış olub, onlar haqda özümdə fikir formalaşdırmalıyam. Heç kim əlinə balta götürüb, bu işləri aparmamalıdı. İnsanları tanımaq lazımdı. “Neftçi”də işləmək üçün bir insanda üç xüsusiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik. Əgər bunlar olmasa mən həmin adamlarla işləməyəcəm. Bu, futbolçulardan tutmuş hamıya aiddi. Yalnız “Neftçi”yə layiq adamlar burda işləyəcək.
 
- Yeni gəlsəz də, klubu əvvəldən tanıyırsız. İşə hansı problemlərin həlli ilə başlayacaqsız?
- Uşaqlıqdan qanımda “ağ-qara” var. Özüm “Neftçi” ailəsində böyümüşəm. Dərin problemləri hələ görmürəm. Məncə, əsas problem birliyin olmamasıdı. Mən işlədiyim yerlərdə ən önəmli məsələ klubdaxili ab-hava olub. Klubun ətrafındakı qeyri-sağlam imicin üzərində işləməliyik.
 
- “Sumqayıt”dakı kimi, burda da yerli futbolçulara üstünlük veriləcək?
- Heyətlə bağlı məsələlərə nəinki “Sumqayıt”da, o cümlədən “Neftçi”də də qarışmıram. Baş məşqçinin tələbi ilə mövqe üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və onun rəhbərlik etdiyi komanda məşğul olacaq. Baş məşqçinin razılığı ilə futbolçu gətirilə bilər. Dünyada ayrı bir model yoxdu. “Neftçi”nin yerli futbolçularla oynamaq üçün böyük potensialı var. Buna böyük önəm verəcəyik. “Neftçi” adına layiq, ən yüksək zirvələrdə olmalıdı. Bunun üçün vaxt lazımdı. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, həmçinin yerlilər onlardan nəsə öyrənsinlər. Bu, bizim əsas strategiyamızdı.


Digər xəbərlər

Xəbər xətti