"Keşlə"nin futbolçusu təhqirə görə cəzalandı

Sportarena.az      21 Fevral 2018, 15:29

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda 1-ci divizionun 14-cü, əvəzedicilərin yarışının isə 16-cı turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

 

1-ci divizionun “Turan Tovuz” - MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Xəzər” - “Sabah” matçının 83-cü dəqiqəsində qonaqların futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Klub futbolçusunun qayda pozuntusuna görə 20 manat cərimə ödəməli olacaq.

 

Əvəzedici heyətlərin “Kəpəz” - “Keşlə” matçında qonaqların futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin